SEO axtarış nəticələrində ödənişsiz görünürlüğü yaxşılaşdırmaq üçün content və texniki optimizasiyadır. SEM termini praktikada çox vaxt paid search reklamını ifadə edir.
SEO
Search intent, content, crawl/indexing, internal linking, structured data, page experience və authority kimi sahələri əhatə edir. Nəticə dərhal olmaya bilər.
Paid Search
Google Ads kimi platformalarda keyword və audience siqnalları əsasında reklam göstərilir. Klik və ya başqa billing modelinə görə xərc yaranır.
Birlikdə necə işləyir?
Paid search sürətli demand testi verir. SEO isə uzunmüddətli organic discovery yarada bilər. Search-term məlumatı content ideyalarına kömək edə bilər.
2026 üçün
Google AI təcrübələrində də klassik SEO best practice-lərinin qüvvədə qaldığını bildirir. SEO 2026 bələdçisinə bax.
Nümunə ilə fərq
“Bakıda coworking” sorğusu üçün SEO ilə faydalı landing page və local məlumat qurursan. Paid search-də isə həmin sorğuya reklam təsdiqi, uyğunluq və hərrac şərtlərindən asılı olaraq daha tez görünə bilərsən. Biri digərini avtomatik əvəz etmir.
SEO nə vaxt daha məntiqlidir?
Evergreen demand, informational queries və uzunmüddətli content library qurmaq istəyirsənsə SEO faydalıdır. Nəticənin formalaşması vaxt tələb edir.
Paid search nə vaxt?
Offer artıq işləyirsə, conversion ölçülürsə və yüksək-intent query-lərə tez çatmaq istəyirsənsə paid search sürətli test kanalıdır.
Birlikdə istifadə nümunəsi
Google Ads search-term məlumatında yüksək conversion verən sorğunu görürsən. Həmin mövzuda daha dərin organic landing page hazırlayırsan. Organic səhifədə conversion yaxşılaşdıqca paid traffic də eyni page-dən faydalana bilər.
Büdcəni seçməzdən əvvəl 4 sual
- Nəyi nəticə sayırsan? Satış, uyğun müraciət və ya görüş sorğusunu əvvəlcədən seç. Təkcə klik sayına görə qərar vermə.
- Səhifə təklifi aydın izah edirmi? Xidmətin kimə uyğun olduğunu, şərtləri və növbəti addımı göstər. Zəif səhifəyə əlavə trafik gətirmək problemi həll etməyə bilər.
- Müraciətdən satışa keçidi izləyə bilirsən? Spam və təkrar müraciətləri ayır, yekun satışı ayrıca yoxla.
- Nə qədər sınaq itkisi qəbul ediləndir? Reklam üçün xərc həddi, məzmun işi üçün isə vaxt və redaktə büdcəsi müəyyən et. SEO-da klik üçün reklam haqqı olmaması işi xərcsiz etmir.
Sadə ölçmə nümunəsi
Şərti nümunə: reklam 200 AZN xərcləyib 10 uyğun müraciət gətirirsə, bir uyğun müraciətin reklam xərci 20 AZN-dir. Həmin müraciətlərdən 2-si satışa çevrilirsə, bir satışın reklam xərci 100 AZN olur. Bu rəqəmlərə işçi vaxtı, alətlər və xidmətin maya dəyəri daxil deyil. Nümunə real kampaniyanın nəticəsi və bazar norması deyil.
Üzvi axtarışda da hazırlıq və yenilənmə xərcini qeyd et. Search Console-dan klik və sorğulara, analitikadan müraciətlərə, satış sistemindən isə yekun nəticəyə bax. Müxtəlif sistemlərin ölçmə və aidetmə qaydaları fərqlənə bilər.
Reklam almaq SEO mövqeyini artırır?
Google reklam və üzvi nəticələrin müstəqil olduğunu bildirir. Reklam büdcəsi ayırmaq üzvi sıralamada yer almaq demək deyil. SEO və reklam eyni faydalı səhifədən yararlana bilər, amma onların nəticələrini ayrıca ölçmək lazımdır.
AI cavabları bu seçimə necə daxildir?
Google AI Overviews və AI Mode üçün əsas SEO tələbləri qüvvədə qalır. Ayrı AI faylı və xüsusi sxem tələb olunmur; görünmə zəmanəti də yoxdur. GEO bələdçisində bir cavabda adın çəkilməsi, mənbəyə keçid və real ziyarətin niyə ayrı ölçüldüyünü izah edirəm.
İlk addım
Bir məhsul və ya xidmət səhifəsi seç, onun hədəf sualını və ölçüləcək nəticəsini yaz. Sonra SEO yoxlama siyahısı ilə texniki və məzmun vəziyyətini yoxla. WordPress istifadə edirsənsə, WordPress üzrə addımları izlə.
Mənbələr və yenilənmə
Bu izah 7 noyabr 2026-da Google SEO Starter Guide, Google Ads-in reklam və axtarış nəticələri izahı və AI features and your website sənədi ilə genişləndirilib.
Bu bloqu Google-da üstünlük verdiyiniz mənbələrə əlavə edin
Səhv və ya dəyişən məlumat bildir · Redaksiya qaydaları
Bu yazı necə idi?




