Onlayn mağaza yaratmaq 2026-da WordPress qurub PayPal düyməsi əlavə etməkdən daha geniş prosesdir. Platforma, ödəniş, məhsul məlumatı, logistika, analitika, SEO və mobil checkout birlikdə işləməlidir.
Bu yazını 26 sentyabr 2026-da yenidən işlədim. Köhnə PayPal Standard addımlarını və artıq uyğun olmayan payment tövsiyələrini çıxardım.
1. Əvvəl biznes modelini seç
Öz stokun, dropshipping, rəqəmsal məhsul, marketplace və ya sifarişlə istehsal modeli fərqli texniki ehtiyac yaradır. Platformanı məhsul modelindən əvvəl seçmə.
2. Platformanı seç
Shopify
Hosting və əsas e-commerce infrastrukturu birlikdə gəlir. Texniki idarəetməyə az vaxt ayırmaq istəyən biznes üçün rahatdır. Payment provider və tətbiq uyğunluğunu Azərbaycan biznes strukturu ilə ayrıca yoxla.
WooCommerce
WordPress üzərində daha çox nəzarət verir. Hosting, təhlükəsizlik, backup, plugin uyğunluğu və performans sənin məsuliyyətindədir.
Custom sayt
Unikal checkout, ERP, marketplace və ya mürəkkəb inteqrasiya lazımdırsa məntiqli ola bilər. Sadə mağaza üçün ilk gündən custom sistem əlavə xərc yarada bilər.
3. Domen, HTTPS və e-poçt
Qısa domen seç, HTTPS-i məcburi et və sifariş məktubları üçün biznes domenindən e-poçt istifadə et. Checkout və admin girişində iki mərhələli autentifikasiyanı aktiv et.
4. Ödənişi real biznes ölkəsinə görə seç
Azərbaycanda qeydiyyatlı biznes üçün bankların e-commerce acquiring, virtual POS və yerli payment provider-lərini müqayisə et. Xarici provider istifadə edirsənsə, biznesin həmin provider-in dəstəklədiyi ölkədə real hüquqi qeydiyyata malik olmalıdır.
PayPal və Stripe üzrə 2026 vəziyyətini ayrıca oxu.
5. Məhsul səhifəsini satış üçün qur
- Aydın məhsul adı
- Real şəkillər və ölçü
- Qiymət və stok
- Çatdırılma müddəti
- Qaytarma şərti
- Variantlar
- FAQ
- Mobil ekranda görünən əsas CTA
6. Checkout-u qısalt
Lazım olmayan sahələri sil. Məcburi hesab yaratmağı düşünərək tətbiq et. Çatdırılma və yekun məbləği ödəniş düyməsindən əvvəl göstər.
7. SEO strukturu
Kateqoriya və məhsul URL-lərini aydın saxla. Duplicate variant səhifələri üçün canonical strategiyası qur. Product schema, breadcrumb, title və meta description-u real məhsul məlumatı ilə doldur.
8. Analitika
Ən azı product_view, add_to_cart, begin_checkout və purchase mərhələlərini ölç. Trafik çox, purchase azdırsa problemi reklamdan əvvəl checkout və məhsul səhifəsində axtar.
9. Mobil test
Mağazanı 360–390 piksel enində real telefon kimi yoxla. Məhsul şəkli, variant seçimi, qiymət, çatdırılma və ödəniş düyməsi rahat görünməlidir.
10. İlk gün üçün minimum sistem
- 10–20 məhsul
- Bir əsas payment metodu
- Bir çatdırılma modeli
- Qaytarma və məxfilik səhifələri
- Analytics
- Search Console
- Real test sifarişi
Platforma seçimi üçün qısa qərar
Tez başlamaq və az texniki idarəetmə istəyirsənsə hosted e-commerce platformasına bax. WordPress ekosistemində qalmaq və daha çox nəzarət istəyirsənsə WooCommerce uyğun ola bilər. Xüsusi proseslərin varsa custom sistem düşün.
Səhv və ya dəyişən məlumat bildir · Redaksiya qaydaları
Bu yazı necə idi?
