AÇIQ RESURSLAR
Oxu. Kopyala. Tətbiq et.
Materiallar ödənişsizdir. Yükləmək üçün e-poçt və ya abunəlik tələb olunmur. Şəxsi və məxfi məlumatları promptlara daxil etmə.
Biznes üçün 20 hazır prompt
İdeya, marketinq, satış, müştəri dəstəyi və avtomatlaşdırma üçün tapşırıq nümunələri.
Promptları yüklə · TXTBroker seçimi üçün yoxlama siyahısı
Müqavilə, məhsul, xərclər və aktivlərin saxlanması haqqında 16 yoxlama sualı.
Siyahını yüklə · TXTSualları burada oxu
- Müqavilədəki hüquqi şəxsin tam adı və lisenziya nömrəsi nədir?
- Bu məlumat Mərkəzi Bankın cari reyestrində uyğun gəlirmi?
- Alınan məhsul real qiymətli kağızdır, CFD-dir, yoxsa başqa müqavilədir?
- Sifarişin alət kodu, birjası, valyutası və minimum ölçüsü nədir?
- Broker komissiyasının faizi, minimumu və maksimumu nədir?
- Pul köçürmə, valyuta çevirmə, saxlama və çıxarış xərcləri nədir?
- Birja, depozitar və digər üçüncü tərəf haqları ayrıca tutulurmu?
- Hesab və aktiv hansı qurumda, kimin adına saxlanılır?
- Müştəri aktivləri şirkətin öz aktivlərindən necə ayrılır?
- Şirkətin fəaliyyəti dayansa, aktivlərin köçürülməsi qaydası nədir?
- Göstərilən qoruma mexanizmi hansı hüquqi şəxsə, məhsula və müştəriyə aiddir?
- Leverec, gecəlik maliyyələşmə və mənfi balans barədə müqavilə nə deyir?
- Hissəli səhm, aşağı qiymətli səhm və limitli sifariş üçün xüsusi şərt varmı?
- Tarif sənədinin tarixi və kampaniyanın bitmə günü nədir?
- Mübahisə və şikayət üçün hansı müraciət kanalı göstərilir?
- Bütün xərclər və hesabdan çıxış qaydası yazılı şəkildə verilibmi?
20 promptun tam mətni
01. İdeyanı aydınlaşdır
Mənim biznes ideyam: [ideya]. Auditoriyam: [auditoriya]. Məqsədim: [məqsəd]. Əvvəl çatışmayan məlumatlar üçün beş konkret sual ver. Cavablar gəlmədən bazar ölçüsü, müştəri sayı və gəlir uydurma. Sonra bir həftədə yoxlanacaq ən kiçik sınağı təklif et.
02. Müştəri müsahibəsi
[Məhsul] haqqında öyrənmək üçün 10 açıq müsahibə sualı hazırla. Suallar müştərini məhsulu bəyənməyə yönləndirməsin. Son real təcrübəsini, hazırkı həllini və çəkdiyi xərci soruş. Satış təqdimatı yazma.
03. Rəyləri qruplaşdır
Bu anonim rəyləri təhlil et: [rəylər]. Mövzulara ayır və hər mövzuda neçə rəy olduğunu say. Nümunəni mətnlə göstər. Qeyri-müəyyən rəyləri ayrıca saxla. Kiçik nümunədən bütün müştərilər haqqında nəticə çıxarma.
04. Dəyər təklifini yaz
Məhsul: [məhsul]. Auditoriya: [auditoriya]. Təsdiqlənmiş xüsusiyyətlər: [faktlar]. Dəyər təklifi üçün üç variant yaz. Hər variantda istifadəçi problemi, həll və yoxlanılan fərq olsun. Sübut olunmamış üstünlük və faiz yazma.
05. Rəqib müqayisəsi
Yalnız bu mənbələrdən istifadə et: [mənbələr]. Şirkətləri məhsul, auditoriya, qiymət və məhdudiyyətə görə müqayisə et. Hər faktın mənbəsini və tarixini yaz. Məlumat yoxdursa boşluğu açıq göstər. Əvvəlcədən qalib seçmə.
06. Sayt mətnini hazırla
[Xidmət] üçün ana səhifə mətni yaz. Auditoriya: [auditoriya]. Təsdiqlənmiş faktlar: [faktlar]. Başlıq, izah, əsas düymə və üç sual-cavab hazırla. Saxta müştəri rəyi, mükafat, nəticə və təcili satış səbəbi yaratma.
07. Kontent planı
Bu mövzular və mənbələr əsasında iki həftəlik kontent planı ver: [mövzular]. Hər material üçün auditoriyanın sualını, formatı, əsas fikri və bir çağırışı göstər. Eyni fikri müxtəlif başlıqla təkrarlama.
08. Qısa video ssenarisi
[Mövzu] haqqında 45 saniyəlik Azərbaycan dilində ssenari yaz. Giriş sualı, konkret nümunə və bir növbəti addım olsun. Təsdiqlənməmiş iddiaları [yoxlanmalıdır] ilə işarələ. Cümlələri danışıq üçün qısa saxla.
09. Məqalənin faktlarını yoxla
Mətn: [mətn]. Mənbələr: [sənədlər]. Fakt, fərziyyə və müəllif şərhini ayır. Hər rəqəm və tarix üçün mənbədəki yeri göstər. Mənbəni aça bilmirsənsə bunu yaz. Mövcud olmayan istinad yaratma.
10. E-poçt layihəsi
Bu məqsəd üçün e-poçt layihəsi hazırla: [məqsəd]. Alıcı haqqında yalnız bu məlumatı istifadə et: [məlumat]. Mövzu sətri, qısa mətn və bir çağırış yaz. Məktubu göndərmə. Şəxsi tanışlıq və əvvəlki danışıq uydurma.
11. Satış sorğusunu strukturlaşdır
Anonim müraciət: [mətn]. Ehtiyacı, büdcə barədə verilən məlumatı, vaxtı və çatışmayan sualları ayır. Yazılmayan büdcəni təxmin etmə. Satış əməkdaşı üçün görüş qeydi hazırla. Müştəriyə avtomatik cavab göndərmə.
12. Müştəri dəstəyi cavabı
Müraciət: [anonim mətn]. Təsdiqlənmiş qayda: [qayda]. Nəzakətli cavab layihəsi yaz. Qaydada olmayan endirim, qaytarma vədi və müddət əlavə etmə. Məsul əməkdaşın təsdiqi lazım olan hissəni göstər.
13. Görüşdən tapşırıq çıxar
İcazə ilə hazırlanmış anonim görüş qeydi: [qeyd]. Qərarları, açıq sualları və tapşırıqları ayır. Hər tapşırıq üçün yalnız qeyddə göstərilən məsul şəxsi və tarixi yaz. Yoxdursa “təyin edilməyib” göstər.
14. Daxili prosesi sənədləşdir
Proses: [addımlar]. Bunu yeni əməkdaş üçün ardıcıl təlimata çevir. Giriş məlumatı, addımlar, yoxlama və uğursuzluq zamanı müraciət ediləcək rol olsun. Verilməyən icazələri və şirkət qaydalarını uydurma.
15. Avtomatlaşdırmanı seç
Bu təkrarlanan işləri müqayisə et: [işlər]. Tezlik, sərf olunan vaxt, səhv təsiri və yoxlanma imkanı üzrə cədvəl hazırla. Hansında sabit qayda, hansında insan qərarı lazım olduğunu ayır. Yalnız məlumatı olan sahələri qiymətləndir.
16. Agentin icazələrini yaz
Agentin məqsədi: [məqsəd]. İstifadə edəcəyi məlumat: [məlumat]. Oxuma, yazma və silmə icazələrini ayır. Xaricə mesaj, ödəniş və məlumat silinməsi üçün insan təsdiqi tələb et. Dayandırma və əməliyyat qeydi qaydasını yaz.
17. Hesabatı müqayisə et
Bu iki dövrün cədvəllərini müqayisə et: [cədvəllər]. Dövr, valyuta və göstərici tərifini əvvəl yoxla. Dəyişiklikləri hesablayarkən düsturu göstər. Rəqəmlərin səbəbini mənbəsiz izah etmə.
18. Sınaq planı
Yoxlanacaq dəyişiklik: [dəyişiklik]. Mövcud göstərici: [məlumat]. Bir əsas ölçü, müddət və dayandırma şərti ilə sınaq planı yaz. Verilməyən ziyarət və satış rəqəmlərini uydurma. Nəticə çıxarmaq üçün çatışmayan məlumatı göstər.
19. Vaxt və xərc hesabı
Aylıq iş sayı: [say]. Əvvəlki vaxt: [dəqiqə]. Yeni yoxlama vaxtı: [dəqiqə]. İdarəetmə vaxtı və proqram xərci: [məlumat]. Xalis vaxt fərqini hesabla. Vaxt qənaətini avtomatik olaraq büdcə qənaəti sayma. Düsturları göstər.
20. Yayımdan əvvəl redaktə
Mətn: [mətn]. Azərbaycan dilində aydınlığı, faktları, təkrarları və çağırışı yoxla. Müəllifin fikrini dəyişmə. Təsdiqlənməmiş hissələri işarələ. Sonra qısa redaktə siyahısı və düzəldilmiş mətn ver.