Jafar Najafov | Biznes üçün 20 hazır prompt 25 sentyabr 2026 Şəxsi və məxfi məlumatları daxil etmə. Nəticələri yoxla. 1. İdeyanı aydınlaşdır Mənim biznes ideyam: [ideya]. Auditoriyam: [auditoriya]. Məqsədim: [məqsəd]. Əvvəl çatışmayan məlumatlar üçün beş konkret sual ver. Cavablar gəlmədən bazar ölçüsü, müştəri sayı və gəlir uydurma. Sonra bir həftədə yoxlanacaq ən kiçik sınağı təklif et. 2. Müştəri müsahibəsi [Məhsul] haqqında öyrənmək üçün 10 açıq müsahibə sualı hazırla. Suallar müştərini məhsulu bəyənməyə yönləndirməsin. Son real təcrübəsini, hazırkı həllini və çəkdiyi xərci soruş. Satış təqdimatı yazma. 3. Rəyləri qruplaşdır Bu anonim rəyləri təhlil et: [rəylər]. Mövzulara ayır və hər mövzuda neçə rəy olduğunu say. Nümunəni mətnlə göstər. Qeyri-müəyyən rəyləri ayrıca saxla. Kiçik nümunədən bütün müştərilər haqqında nəticə çıxarma. 4. Dəyər təklifini yaz Məhsul: [məhsul]. Auditoriya: [auditoriya]. Təsdiqlənmiş xüsusiyyətlər: [faktlar]. Dəyər təklifi üçün üç variant yaz. Hər variantda istifadəçi problemi, həll və yoxlanılan fərq olsun. Sübut olunmamış üstünlük və faiz yazma. 5. Rəqib müqayisəsi Yalnız bu mənbələrdən istifadə et: [mənbələr]. Şirkətləri məhsul, auditoriya, qiymət və məhdudiyyətə görə müqayisə et. Hər faktın mənbəsini və tarixini yaz. Məlumat yoxdursa boşluğu açıq göstər. Əvvəlcədən qalib seçmə. 6. Sayt mətnini hazırla [Xidmət] üçün ana səhifə mətni yaz. Auditoriya: [auditoriya]. Təsdiqlənmiş faktlar: [faktlar]. Başlıq, izah, əsas düymə və üç sual-cavab hazırla. Saxta müştəri rəyi, mükafat, nəticə və təcili satış səbəbi yaratma. 7. Kontent planı Bu mövzular və mənbələr əsasında iki həftəlik kontent planı ver: [mövzular]. Hər material üçün auditoriyanın sualını, formatı, əsas fikri və bir çağırışı göstər. Eyni fikri müxtəlif başlıqla təkrarlama. 8. Qısa video ssenarisi [Mövzu] haqqında 45 saniyəlik Azərbaycan dilində ssenari yaz. Giriş sualı, konkret nümunə və bir növbəti addım olsun. Təsdiqlənməmiş iddiaları [yoxlanmalıdır] ilə işarələ. Cümlələri danışıq üçün qısa saxla. 9. Məqalənin faktlarını yoxla Mətn: [mətn]. Mənbələr: [sənədlər]. Fakt, fərziyyə və müəllif şərhini ayır. Hər rəqəm və tarix üçün mənbədəki yeri göstər. Mənbəni aça bilmirsənsə bunu yaz. Mövcud olmayan istinad yaratma. 10. E-poçt layihəsi Bu məqsəd üçün e-poçt layihəsi hazırla: [məqsəd]. Alıcı haqqında yalnız bu məlumatı istifadə et: [məlumat]. Mövzu sətri, qısa mətn və bir çağırış yaz. Məktubu göndərmə. Şəxsi tanışlıq və əvvəlki danışıq uydurma. 11. Satış sorğusunu strukturlaşdır Anonim müraciət: [mətn]. Ehtiyacı, büdcə barədə verilən məlumatı, vaxtı və çatışmayan sualları ayır. Yazılmayan büdcəni təxmin etmə. Satış əməkdaşı üçün görüş qeydi hazırla. Müştəriyə avtomatik cavab göndərmə. 12. Müştəri dəstəyi cavabı Müraciət: [anonim mətn]. Təsdiqlənmiş qayda: [qayda]. Nəzakətli cavab layihəsi yaz. Qaydada olmayan endirim, qaytarma vədi və müddət əlavə etmə. Məsul əməkdaşın təsdiqi lazım olan hissəni göstər. 13. Görüşdən tapşırıq çıxar İcazə ilə hazırlanmış anonim görüş qeydi: [qeyd]. Qərarları, açıq sualları və tapşırıqları ayır. Hər tapşırıq üçün yalnız qeyddə göstərilən məsul şəxsi və tarixi yaz. Yoxdursa “təyin edilməyib” göstər. 14. Daxili prosesi sənədləşdir Proses: [addımlar]. Bunu yeni əməkdaş üçün ardıcıl təlimata çevir. Giriş məlumatı, addımlar, yoxlama və uğursuzluq zamanı müraciət ediləcək rol olsun. Verilməyən icazələri və şirkət qaydalarını uydurma. 15. Avtomatlaşdırmanı seç Bu təkrarlanan işləri müqayisə et: [işlər]. Tezlik, sərf olunan vaxt, səhv təsiri və yoxlanma imkanı üzrə cədvəl hazırla. Hansında sabit qayda, hansında insan qərarı lazım olduğunu ayır. Yalnız məlumatı olan sahələri qiymətləndir. 16. Agentin icazələrini yaz Agentin məqsədi: [məqsəd]. İstifadə edəcəyi məlumat: [məlumat]. Oxuma, yazma və silmə icazələrini ayır. Xaricə mesaj, ödəniş və məlumat silinməsi üçün insan təsdiqi tələb et. Dayandırma və əməliyyat qeydi qaydasını yaz. 17. Hesabatı müqayisə et Bu iki dövrün cədvəllərini müqayisə et: [cədvəllər]. Dövr, valyuta və göstərici tərifini əvvəl yoxla. Dəyişiklikləri hesablayarkən düsturu göstər. Rəqəmlərin səbəbini mənbəsiz izah etmə. 18. Sınaq planı Yoxlanacaq dəyişiklik: [dəyişiklik]. Mövcud göstərici: [məlumat]. Bir əsas ölçü, müddət və dayandırma şərti ilə sınaq planı yaz. Verilməyən ziyarət və satış rəqəmlərini uydurma. Nəticə çıxarmaq üçün çatışmayan məlumatı göstər. 19. Vaxt və xərc hesabı Aylıq iş sayı: [say]. Əvvəlki vaxt: [dəqiqə]. Yeni yoxlama vaxtı: [dəqiqə]. İdarəetmə vaxtı və proqram xərci: [məlumat]. Xalis vaxt fərqini hesabla. Vaxt qənaətini avtomatik olaraq büdcə qənaəti sayma. Düsturları göstər. 20. Yayımdan əvvəl redaktə Mətn: [mətn]. Azərbaycan dilində aydınlığı, faktları, təkrarları və çağırışı yoxla. Müəllifin fikrini dəyişmə. Təsdiqlənməmiş hissələri işarələ. Sonra qısa redaktə siyahısı və düzəldilmiş mətn ver. https://jafarnajafov.com/materiallar