Instagram reklamı 2026-da sadəcə postun altındakı “Boost” düyməsinə basmaq deyil. Məqsəd, creative, audience, conversion tracking və offer birlikdə işləməlidir.

Boost nə vaxt uyğundur?

Sadə reach, profile visit və message məqsədi üçün sürətli test ola bilər. Daha kompleks funnel, retargeting və conversion optimizasiyası üçün Meta Ads Manager daha çox nəzarət verir.

Kampaniya quruluşu

  1. Bir biznes məqsədi seç.
  2. Bir conversion event müəyyən et.
  3. 2–4 creative variant hazırla.
  4. Audience-i həddindən artıq daraltma.
  5. Kiçik büdcə ilə test et.
  6. Winner-i yalnız CTR ilə yox, lead və satışla seç.

Creative

İlk saniyə və ya ilk vizual problem və nəticəni göstərsin. Reklamın üzərində çox xırda mətn yerləşdirmə. Organic postun yaxşı performans göstərməsi reklamda da yaxşı nəticəyə zəmanət deyil.

Tracking

Website conversion üçün Meta Pixel və uyğun olduqda Conversions API kimi tracking sistemlərini düzgün qur. UTM parametrləri ilə GA4-də kampaniyanı ayrıca izləmək faydalıdır.

Əsas KPI

CPM, CTR və CPC diaqnostika üçündür. Biznes nəticəsi üçün cost per qualified lead, purchase conversion və ROAS kimi göstəricilərə bax.

Test matrix

Bir anda 10 dəyişən test etmə. Offer sabit saxlayıb 3 creative angle test et, sonra winner üzərində landing page və audience testinə keç. Beləliklə nəticənin səbəbini anlamaq daha asan olur.

Pixel və server signal

Browser tracking məhdudiyyətləri səbəbindən uyğun bizneslərdə Conversions API əlavə signal verə bilər. Event deduplication və düzgün purchase value konfiqurasiyasını test et.

Lead kampaniyası

Form lead-i satış deyil. CRM-də lead source, qualified status və closed revenue saxla. Ads Manager-də ucuz görünən campaign satış komandasında zəif nəticə verə bilər.

Scaling

Winner kampaniyanın büdcəsini artıranda CPA eyni qalacağına zəmanət yoxdur. Frequency, audience saturation və creative fatigue-i izləyərək mərhələli scale et.